Qəzzada ölənlərin sayı ARTDI

Qəzzada ölənlərin sayı ARTDI

İsrailin hücumları nəticəsində Qəzza zolağında ölənlərin sayı 34 654 nəfərə yüksəlib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, yaralananların sayı isə 77 908 nəfərdir.

Xatırladaq ki, oktyabrın 7-dən bu yana Fələstin və İsrail arasında atışmalar gedir.

Nigar Hacılı 
"Cebhe.info"