Şahmatçımız qızıl medal qazandı
Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli Sloveniyada keçirilən "Ljubljana Festival"ın qalibi olub.
"Cebhe.info" xəbər verir ki, təmsilçimiz 9 turdan ibarət yarışda 7,5 xal toplamaqla qızıl medal qazanıb.
Turnirdə 120 şahmatçı mübarizə aparıb.
"Cebhe.info"