ABŞ sülhü dəstəkləyir? - Politoloq açıqladı
"ABŞ Dövlət Departamentinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları alqışlayan yazılı bəyanat yaymasının iki səbəbi var".
"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"Birincisi, Vaşinqton bununla göstərib ki, Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan birbaşa danışıqlarda əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla Kremlin yanaşmasından fərqini göstərməyə çalışıb.
Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaları dəstəkləyən bəyanat yoxdur. Kremlin yeganə mesajı budur ki, “işin içində biz də olmalıyıq”. Vaşinqtonun oxşar iddiası yoxdur", - deyə politoloq qeyd edib.
Vilayət Muxtar
"Cebheinfo.az"