Aİ Azərbaycanla danışıqlara başlayıb

Avropa İttifaqı Kiyev və Bakı ilə Azərbaycandan qazın Ukrayna vasitəsilə tədarükü ilə bağlı danışıqlar aparır.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” yazır.
Nəşr yazır ki, rəsmi Kiyev və Avropa İttifaqı Rusiya ilə mövcud müqavilənin müddəti ilin sonunda başa çatdıqdan sonra Ukrayna vasitəsilə Avropaya təbii qazın nəqli təklifi ilə Bakıya müraciət edib:
“Ukrayna və Aİ, eləcə də Rusiya ilə danışıqlar davam edir və bütün tərəflər, onun sözlərinə görə, tədarükün davam etdirilməsində maraqlıdır”.
Öz növbəsində, Ukrayna Prezidenti Vladimir Zelenski bu ayın əvvəlində ölkəsinin tranzit ölkə rolunu qoruyub saxlamaq və qərb qonşularının enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycandan Aİ-yə təbii qaz tədarükü ilə bağlı danışıqlar apardığını bildirib.
Zelenski “Bloomberg”-ə müsahibəsində deyib ki, Rusiya qazının Azərbaycan tədarükü ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir.
Aİ Ukraynanın işğalından sonra Rusiya qazından imtina etməyə çalışıb, lakin bəzi Avropa dövlətləri onu Ukrayna ərazisindən keçən boru kəməri ilə almağa davam edir.
Tranzit müqavilələrini əhatə edən müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır, lakin tədarükün vaxtından əvvəl dayandırılacağına dair təkliflər var.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Brüssel və Bakı Azərbaycandan Avropa İttifaqına qaz tədarükünün ildə 20 milyard kubmetrə qədər artırılması haqqında memorandum imzalayıblar.
Xəzər
“Cebheinfo.az”