Aİ sərhədə patrul dəstələri göndərib

Martın 16-17-də Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrinə patrul dəstələri göndərib.
“Cebheinfo.az” xəbər verir ki, Bu barədə Aİ missiyasının yaydığı məlumatda deyilir.
"Vəziyyət sakit və dinc olaraq qalır, qeyri-adi aktivlik müşahidə olunmayıb", - məlumatda deyilir.
Xatırladaq ki, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi üç dəfə Ermənistan Silahlı Qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə dezinformasiya yayıb. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin xəbərini təkzib edib.
Xəzər
“Cebheinfo.az”