ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
Cebhe.info xəbər verir ki, bu barədə ATƏT sədri X hesabında bildirib.
"Bu gün mən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində görüşəcək və diplomatik təması davam etdirmək və davamlı sülh yolunda səyləri prioritetləşdirmək çağırışımı yeniləyəcəyəm", - nazir qeyd edib.
Cebhe.info