Azərbaycanın yeni hərbi prokuroru kimdir? - DOSYE

Prezidentin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmaədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.
1984-cü il təvəllüdlü B.Əhmədov Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.
Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış yeni hərbi prokuror 2018-ci ildə Qazax hərbi prokuroru vəzifəsinə təyin edilib.
Sonuncu təyinatınadək o, Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.
“Cebheinfo.az”