Azərbaycanla Ermənistan arasında birbaşa dialoq çox vacibdir

Azərbaycanla Ermənistan arasında birbaşa dialoq çox vacibdir

“ABŞ Ermənistanla Azərbaycan arasında birbaşa danışıqları vacib hesab edir. Lakin digər ölkələrin də töhfə vermək istəyinin əleyhinə deyil”.

Cebhe.info-nun məlumatına görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller belə deyib.

Metyu Miller Vaşinqtonda dalana dirənmiş danışıqlarla bağlı sualı cavablandırarkən ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqları asanlaşdırmağa hazır olduğunu və hər kəsin maraqlarının nəzərə alınacağı davamlı sülhün bərqərar olmasına töhfə verməyi təklif etdiyini bildirib.

O, məsələlərin həlli və regionda uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayıb. 

“Ermənistan və Azərbaycanın regionun rifahı naminə problemləri müzakirə etməsi və bilavasitə həll etməsi vacibdir”, - Miller bildirib.

Mətbuat katibi hər ki ölkənin görüşünün Vaşinqtonda keçirilməsinin planlaşdırıldığı barədə məlumatı şərh etməyib.

Müşfiq Abdulla
Cebhe.info