Beynəlxalq Qarabağ Təşkilatı yeni konfransa hazırlaşır - FOTOLAR

Beynəlxalq Qarabağ Təşkilatı (BQT) idarə heyətinin növbəti toplantısı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, iclasda təşkilatın Türkiyə, Rusiya, İsveç və Azərbaycan bölmələrinin üzvləri iştirak ediblər.
Təşkilatın İsveçdəki nümayəndəsi Ülviyyə Nəcəfovanın moderatorluğu ilə keçirilən tədbirə Azərbaycandan BQT-nin koordinatoru Akif Nağı, Şamil Mehdi, Novruz Novruzov, Türkiyədən Ziya Zakir Acar, Rusiyadan isə Elşən İbrahimov qatılıblar. Toplantıda görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Xarici ölkələrdə Azərbaycan dilinin təbliği, diaspor nümayəndələrinin, xüsusilə xaricdə doğulub böyüyən azərbaycanlıların ana dilində dərs almaları sahəsində problemlər qeyd olunub, görüləsi mümkün işlərdən danışılıb.
Akif Nağı bildirib ki, yaxın vaxtlarda “Qarabag dünən, bu gün və sabah” beynəlxalq elmi konfransı keçiriləcək. Konfransa hazırlıq barədə tışkilat komitəsinin sədri Şamil Mehdi ətraflı məlumat verib.
Moderatorun təklifi ilə xaricdə ölkəmizin adının etimologiyası barədə bəzi alimlərin irəli sürdüyü versiyalar barədə də geniş fikir mübadiləsi aparılıb, bəzi yanlış iddiaların əsassız olduğu faktlarla diqqətə çatdırılıb.Qeyd edilib ki, Azərbaycan adı ən qədim mənbələrdə işlənilib və bu adın hansısa başqa etnosların adları ilə eyniləşdirilməsi absurd yanaşmadır.
"Cebheinfo.az"