Bu il 45 mindən çox qadın məşğulluq tədbirlərinə cəlb olunub
Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub.
Bu barədə "Cebheinfo.az"a Dövlət Məşğulluq Agentliyindən bildirilib.
Məlumata görə, agentlik tərəfindən 2024-cü ilin 8 ayında 35 645 qadın işlə təmin olunub.
Bu il daha 3176 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb. Digər mühüm istiqamət olaraq isə 7 minə yaxın qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib.
Peşə kurslarını uğurla başa vuran qadınların işlə təmin olunmasına dəstək göstərilib.
"Cebheinfo.az"