Deputat: “Azərbaycan hərbi xərcləri azaldır”

Deputat: “Azərbaycan hərbi xərcləri azaldır”

“Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə rəğmən Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayırmaqda davam edəcək”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına isə Azərbaycanın dövlət büdcəsindən gələn il 4.0 milyard manat (2.352 milyard dollar) ayrılacaq:

“Bu işğaldan azad olunan ərazilərimizdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiq edir. Bu həmçinin Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsi anlamına gəlir”.

Vilayət Muxtar
“Cebheinfo.az”