Əfv olacaq: Deputat açıqladı

Əfv olacaq: Deputat açıqladı

Hər il xüsusilə əlamətdar günlərdə ölkə Prezidenti tərəfindən əfv sərəncamı imzalanır. 

Qarşıdakı dövrdə növbəti əfv, yaxud amnistiya sərəncamı gözlənilirmi? 

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa “Cebhe.info”-ya bildirdi ki,  amnistiya deyil, əfv olacaq: 

“Bununla bağlı komissiya işləyir. Bir iclas keçirilib, növbəti iclaslarda da digər məsələlərə baxılacaq, hələlik gözləyirik. Müzakirələr başa çatandan sonra ölkə başçısının müstəsna səlahiyyətinə aid olan məsələdir və yəqin ki, bu istiqamətdə sərəncam veriləcək.

Ancaq yaxın zamanlarda amnistiya gözlənilmir. Əgər əfv oldusa, amnistiya başqa vaxta nəzərdə tutula bilər”.

Nigar Abdullayeva
“Cebhe.info”