Ermənistan Azərbaycanın tələbini təmin edə bilər

Yeni konstitusiyanın yazılması üçün yaradılan Konstitusiya Şurası uzun fasilədən sonra dünən növbəti iclasını keçirib.
Onlar yeni konstitusiya və xüsusilə onun modeli məsələsini müzakirə ediblər.
“Cebhe.info”-nun məlumatına görə, “Hraparak” qəzeti belə yazıb. Nəşr xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir. Bu tələbi təmin edən Baş nazir Nikol Paşinyan partiya yoldaşı Arusyak Culhakyanın əli ilə bu məsələni şuranın gündəliyinə daxil edib.
Maraqlıdır ki, Culhakyan şura üzvlərinin çoxsaylı suallarına cavab olaraq bildirib ki, konstitusiyaya düzəlişlər heç bir partiyanın, hətta başqa dövlətin başçısının istəyi deyil, şəxsən onun öz istəyidir.
Üstəlik, o, bəzi şura üzvlərinin suallarını cavablandırarkən konstitusiyanın preambula hissəsinin dəyişdirilməsinin qətiyyən əleyhinə olmadığını da gizlətməyib və bildirib ki, belə bir dəyişikliyi təsdiqləməli olan ünvan Konstitusiya Məhkəməsidir.
Müşfiq Abdulla
“Cebhe.info”