İran və Avrasiya İqtisadi Birliyi müqavilə imzalayacaq

İran və Avrasiya İqtisadi Birliyi müqavilə imzalayacaq

Avrasiya İqtisadi Birliyi (AİB) və İran 2022-ci ilin dekabr ayının son ongünlüyünə qədər azad ticarət zonası haqqında müqavilə imzalayacaq.

Cebhe.info xəbər verir ki, bu barədə İranın sazişin hazırlanması üzrə danışıqlar qrupunun rəhbəri Mir-Hadi Seyedi məlumat yayıb.

O bildirib ki, sazişin Tehranda hər iki tərəfin nümayəndələri tərəfindən imzalanması gözlənilir.

Bundan əvvəl İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Paymanpak bildirmişdi ki, AİB ilə azad ticarət zonasının təşkili ilə bağlı hüquqi formallıqların bir ay ərzində tənzimlənməsi planlaşdırılır.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak da bildirib ki, Rusiya və İran yaxın vaxtlarda AİB ilə azad ticarət zonası haqqında müqavilə imzalamaq barədə razılığa gəliblər.

Naibə
Cebhe.info