İsrail XİN başçısı: Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm

İsrail XİN başçısı: Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm

İsraildən Azərbaycana gələn turistlərin sayı artır.

APA-nın İsrailə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycanın İsraildə səfirliyinin təntənəli açılış mərasimində İsrailin xarici işlər naziri Eli Kohen deyib.

“Yaxın günlərdə, Pasxa bayramından sonra Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm. Bu səfərin iqtisadi əlaqələrimizi dərinləşdirəcəyinə, investisiya, ticarət sahəsində irəliləyişə səbəb olacağına inanıram. Bu sahədə əməkdaşlıq üçün potensial böyükdür, biz iqtisadi əlaqələrimizi dərinləşdirmək üçün çalışacağıq” - nazir qeyd edib.

Cebhe.info