KTMT Ermənistan-Azərbaycan sərhədinə missiya göndərir?

"İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini dəstəkləyən bəyanatının gündəmdən çıxarılması xahişindən sonra KTMT-nin Ermənistana monitorinq missiyasının göndərilməsinə dair qərar layihəsi və digər praktiki tədbirlər üzərində iş davam edir".
Cebhe.info-nun məlumatına görə, KTMT Katibliyinin açıqlamasında belə deyilir.
Xatırladaq ki, KTMT-nin nizamnamə orqanlarının Minskdə keçiriləcək iclasları ərəfəsində erməni tərəfi bəyanat layihəsini müzakirədən çıxarmağı təklif edib.
Müşfiq Abdulla
Cebhe.info