Lukaşenko Sahibə Qafarova ilə görüşdü: Prezident ona nə dedi?

Lukaşenko Sahibə Qafarova ilə görüşdü: Prezident ona nə dedi?

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanla ticarət dövriyyəsinin balanslaşdırılmasının zəruriliyini bəyan edib, həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin dirçəldilməsi prosesində iştirak etməyə hazır olduğunu təsdiqləyib.

“Cebhe.info” BelTA-ya istinadla xəbər verir ki, o, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib:

“Şuşada mən (İlham Əliyevə) ona dedim: “Siz cənnətdə yaşayırsız”. Mən heç yerdə belə bir yer görməmişəm, planetimizdə bir çox yerləri gəzmişəm: təmiz hava, gözəl təbiət. Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız. İstiqamətləri müəyyən etdiyimiz bu işlərdə iştirak etməkdən məmnun olarıq. Heç bir maneə yoxdur”.

Müşfiq Abdulla 
“Cebhe.info”