Nazir onu qərargah rəisi təyin etdi - FOTO

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.
"Cebheinfo.az" Manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, polkovnik İntiqam Axundlu həmin xidmətin qərargah rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, xidmətin əvvəlki rəisi, general-leytenant Etibar İsmayılov bir müddət öncə təqaüdə göndərilib. Hazırda onu müvəqqəti olaraq FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri, polkovnik Xaliq Hüseynov əvəz edirdi.
"Cebheinfo.az"