Növbəti delimitasiya Gədəbəy istiqamətində aparılacaq?

“Hraparak” qəzeti Azərbaycan və Ermənistan arsında sərhədlərin delimitasiyasının növbəti hansı ərazidə aparılacağı ilə bağlı məlumat yayıb.
“Cebhe.info”-nun məlumatına görə, “Hraparak” qəzeti delimitasiya prosesinin Gədəbəy rayonunun Ermənistanla sərhədində aparılacağını iddia edir.
“Bəziləri deyir ki, bunlar Tavuşdakı anklavlar, bəziləri Zod (Sotk) və Basarkeçər (Vardenis), digərləri isə Zəngəzur olacağını deyir. Dünən Qeqarkunik vilayətinin Çəmbərək icmasının Vahan kəndindən bizə məlumat veriblər ki, kəndin yaxınlığındakı əkin sahələrində gedodeziyaçıları görüblər. Onlara bildiriblər ki, həmin məntəqədə Azərbaycan bizdən 12 müdafiə mövqeyini tələb edir”.
Müşfiq Abdulla
“Cebhe.info”