Parlament Prezidentə müraciət edir: Milli Məclis buraxılır

“Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Bunlardan biri də COP29-dur. Bu tədbir üçün ev sahibi kimi Azərbaycan olaraq seçilməsi ölkəmizə böyük bir etimaddır. Bunlarla bağlı Azərbaycan dünyanın diqqət mərkəzinə çevriləcək və tədbirlərdə 10 minlərlə qonaq iştirak edəcək. Qeyd edim ki, 2020-ci ilin 9 fevral tarixində Azərbaycanda VI çağırış parlament seçkiləri keçirilib. Bu çağırış öhdəsinə düşən məsuliyyətlərini layiqincə yerinə yetirib”.
“Cebhe.info” xəbər verir ki, bunu parlamentin spikeri Sahibə Qafarova deyib.
Spiker əlavə edib ki, Konstitusiyaya görə növbədənkənar seçkilərlə formalaşan parlamentin müddəti 5 ildən az ola bilər:
“Bu baxımdan növbəti seçkiləri bu ilin 3 noyabr tarixinə düşür. Qeyd etdiyim tədbirləri nəzərə alaraq Milli Məclisin yeni çağırışının tam formalaşması ölkəmiz üçün önəmli məsələdir. Nəzərə almaq lazımdır ki, bu tədbirlər çərçivəsində yol hərəkətinin formalaşmasında, təhlükəsizlik məsələsində müəyyən məhdudiyyətlərin olması qaçılmazdır.
Bu baxımdan seçkilərin demokratik formada baş tutması, vətəndaşların təhlükəsiz şəraitdə öz səsindən istifadə etməsi üçün deputatlar mənə müraciət edib və onlar Prezidentə müraciət edərək növbədənkənar seçkilərin keçirilməsini təklif ediblər”.
Daha sonra hakim Yeni Azərbaycan Partiyasının Prezidentə müraciətini deputat Hikmət Babaoğlu oxuyub.
Müraciətdə parlamentin buraxılmasını şərtləndirən səbəblər qeyd olunub.
Vilayət Muxtar
“Cebhe.info”