Paşinyan:“Bu torpaqlar Ermənistan ərazisi deyil”

Paşinyan:“Bu torpaqlar Ermənistan ərazisi deyil”

“Hazırda biz Günən (Kirant) kəndinin sakinlərinin mülkiyyət sertifikatları üçün heç bir hüquqi əsas tapmırıq”.

“Cebhe.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Azatutyun”la söhbətində “Mülkiyyət şəhadətnaməsi olduğu halda kompensasiyadan imtina edən şəxslərə hüquqi baxımdan nə etmək lazımdır?” sualına cavab verərkən deyib.

“İlk növbədə, nisbi desək, binaların olduğu damlara diqqət yetirdik, orada məsələlər həll olundu və kompensasiya verildi. Torpaq sahələrinə gəlincə, bəzilərinin ərizələri var və görüləsi işlər qalıb.

Demarkasiya işləri zamanı biz təbii olaraq bununla rastlaşdıq və özümüzə belə bir sual verdik ki, əgər mülkiyyət şəhadətnaməsi varsa, o zaman bunun nədən və necə baş verdiyini, hüquqi əsaslarını qeyd etməliyik. Hal-hazırda dövlət arxivlərində bu hüquqi əsaslara rast gəlmirik və bu, müəyyən mənada məntiqlidir. Çünki torpaq sahəsinin ayrılması və digər işlərin hüquqi əsası olmalı idi. Haqqında danışdığımız bu ərazilər isə 1976-cı il xəritələrinə görə hüquqi qüvvəyə malik olan Ermənistan Respublikasının de-yure əraziləri deyil”.

Paşinyan qeyd edib ki, vəziyyətin unikallığını nəzərə alaraq, onlar bu problemləri həll etməyə başlayıblar. 

Kirantsın 9 vətəndaşının təzminat almaqdan imtina etməsi, onların torpaqlarına girişinə qadağa qoyulsa nə baş verəcəyi ilə bağlı iradlara münasibət bildirən Paşinyan deyib:

“Dövlət sərhədi dövlət sərhədidir və bu, de-yure təsdiqlənib. Biz vətəndaşların hüquqlarını maksimum dərəcədə qorumaq üçün hər şeyi edəcəyik”.

Xəzər
“Cebhe.info”