Prezidentin Moskva səfərində mühüm AMİL: Bu proses müzakirə ediləcək – DETALLAR

Prezidentin Moskva səfərində mühüm AMİL: Bu proses müzakirə ediləcək – DETALLAR

“Bu görüşdə sülhməramlılarının Qarabağdan çıxması ilə bağlı məsələ də diqqətdən kənarda qalmayacaq və Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələsi ilə müzakirələr aparılacaq”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan gedişi və Ermənistanın işğal etdiyi kəndləri Azərbaycana geri verməsi fonunda Prezident İlham Əliyevin Moskva səfərinin əhəmiyyətindən danışan siyasi şərhçi Rəfail Becanov deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycan münasibətləri tərəfdaşlıq mahiyyəti daşıyır və bu münasibətlərin inkişafına Rusiya tərəfi xüsusi diqqət edir:

“Rusiya indiki dövrdə dünyada siyasi xəttində etibarlı tərəfdaş imici qazanan Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək istəyir.

Onu da xüsusi qeyd etmək lazımdır ki, belə görüşlər Rusiya və Azərbaycan Prezidentləri arasında mütəmadi olaraq keçirilir. Səfərlər, telefon danışıqları, müxtəlif tərkibli nümayəndə heyətlərinin görüşləri olur və münasibətlərin inkişafı müzakirə edilir. Bu da növbəti görüşlərdən biridir. İki ölkə arasında münasibətlərin inkişafı, dinmaikanın daha da yüksəldilməsi müzakirə predmetlərindən biri olacaq. Rusiya tərəfi Azərbaycanı özünün ən yaxşı ticarət tərəfdaşı olmaqla yanaşı, özünün böyük qonşusu, dostu, tərəfdaşı və müttəfiqi hesab edir.

Təbii ki, görüşdə Ermənistan-Azərbaycan münasibətləri, sülh prosesi də müzakirə predmetlərindən biri olacaq. Ermənistanla sülh prosesinin yekunlaşması istqamətində Azərbaycan istənilən ölkə, beynəlxalq təşkilatla müzakirələr aparmağa, onların da mövqeyini dinləməyə, öyrənməyə etiraz etmir. Bu mövqe, fikir, yanaşma Azərbaycanın milli maraqlarına cavab verərsə, istənilən əməkdaşlığa hazırdır.

Düşünürəm ki, bu görüşdə sülhməramlılarının Qarabağdan çıxması ilə bağlı məsələ də diqqətdən kənarda qalmayacaq və Rusiya-Azərbaycan münasibətlərinin bundan sonrakı mərhələsi ilə müzakirələr aparılacaq”.

O qeyd edib ki, eyni zamanda, Ermənistan-Azərbaycan münasibətləri, sülh prosesi müzakirə ediləcək. “Təbii ki, 4 kəndin qaytarılması ilə bağlı da fikirlər bölüşdürələcək.

Cənubi Qafqazda sülh istər region ölkələri, istərsə də kənar dövlətlər üçün vacib məsələlərdən biridir. Artıq bu region iki qitənin əsas diqqət ayrıdığı geosiyasi nöqtələrdən biridir. Xüsusən Azərbaycan həm Rusiya, həm də Qərb ölkələri üçün vacib və gərəkli tərəfdaşdır. Ona görə də Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı müxtəlif formaatlarda danışıqlar aparılır.

Rusiya da bunu bilir və Azərbaycanla münasibətlərin inkiaşfında maraq göstərir”, – deyə o yekunlaşdırıb.

"Cebhe.info"