Qonşularla parlamentlərarası əlaqələrə rəhbərlik edəcək deputatlar - SİYAHI

Qonşularla parlamentlərarası əlaqələrə rəhbərlik edəcək deputatlar - SİYAHI

Xəbər verdiyimiz kimi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib. 

Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. 

Müzakirələrdən sonra Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri məlum olub. Maraqlıdır, Azərbaycana quru sərhədlə qonşu olan ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri kimlərdir? 

“Cebheinfo.az” onların adlarını təqdim edir: 

• Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əmiraslanov Əhliman Tapdıq oğlu 

• Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Bülbüloğlu Polad 

• Azərbaycan - Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Nağıyev Arzu Nəsib oğlu 

• Azərbaycan - İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Əsgərov Ziyafət Abbas oğlu. 

Elmir Mustafa 
“Cebheinfo.az”