Razi Nurullayev 3 rayonda görüş keçirib - FOTOLAR

Razi Nurullayev 3 rayonda görüş keçirib - FOTOLAR

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat, prezidentliyə namizəd Razi Nurullayev təbliğat-təşviqat kampaniyası çərçivəsində Binəqədi və Qusaq rayonunda seçicilərlə görüş keçirib.

“Cebhe.info”-ya bununla bağlı Razi Nurullayevin seçki qərargahından məlumat verilib.

Bildirilib ki, görüşdə Razi Nurullayev “Sosial ədalət, sosial demokratiya” şüarlı platforması haqqında geniş məlumat verib, mövcud sosial-iqtisadi problemlərə toxunub, bu problemlərin həlli yollarından danışıb.

Razi Nurullayev Milli Məclisdə təmsil etdiyi İmişli rayonunda isə seçicilərlə ayaqüstü görüş keçirib.

Görüş haqqında danışan Razi Nurullayev görüşün çox həyacanlı və mənalı keçdiyini bildirib və İmişli sakinlərinin ona güvəndiyini deyib:

"Bilirəm ki, İmişlilər mənə inanır. Sağ olun, var olun! Sizinlə irəlidə əzəmətli görüş keçirəcəyik ki, səsindən qulaqlar tutulsun!"

Keçirilən görüşlərdə prezidentliyə namizəd Razi Nurullayev seçicilərin suallarını cavablandırıb.

Vilayət Muxtar
“Cebhe.info”