Səfir: “Paşinyan Ermənistanda fars dilini yayır"

Səfir: “Paşinyan Ermənistanda fars dilini yayır"

“Ermənistanda fars dilinin tədrisi Baş nazir Nikol Paşinyanın və hökumətin ciddi istəyidir”.

“Cebhe.info” xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Tələbə” xəbər agentliyinə müsahibəsində deyib. O, Ermənistan məktəblərində fars dilinin tədris olunmasından danışıb: “Ermənistan hökuməti fars dilinin tədrisi üçün bizimlə əməkdaşlıq edir.

Ermənistanda 19 məktəbdə 3 min şagird fars dilində təhsil alır. Biz Sədi Fondu və digər qurumlarla birlikdə fars dilinin tədrisi üçün lazım olan vəsaitləri, imkanları təmin etməyə çalışırıq. Ermənistana İrandan fars dilinin tədrisi üçün professor gətirdik və o, hazırda bu ölkənin universitetində dilimizi tədris edir.

Həmçinin, burada fars dili müəllimləri üçün biliklərin artırılması məqsədilə kurslar keçirilib. Fars dili əla dildir və onu öyrətməklə ölkəmizin mədəniyyəti yayılır”.

Elmir
“Cebhe.info”