ŞOK FAKTLAR: Ruben Vardanyanın biznes fəaliyyətində kriminal izləri

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Cebhe.info xəbər verir ki, “Azadlıq” radiosunun Gürcüstan xidməti Qarabağda separatçılığı maliyyələşdirdiyinə görə Azərbaycanda saxlanılmış rusiyalı milyarder Ruben Vardayanın biznes cinayətlərini və çirkli pulların yuyulmasındakı fəaliyyətini araşdırıb.
Hazırda Rusiyada Ruben Vardanyanın fəaliyyətini araşdıran araşdırmaçı jurnalist Mixail Maqlov hesab edir ki, ona bir fiqur kimi obyektiv qiymət verilməlidir.
O, Vardanyanı “Rostex” hərbi konserninin və digər iri maliyyə təşkilatlarının rəhbərliyi ilə əlaqəli “Rusiyada mühüm korrupsiya funksioneri” adlandırır:
"Görürəm ki, indi Ruben Vardanyan haqqında necə yazırlar: bu mantra ("Mantra" sözü Sanskrit dilindən gəlir və "zehni vasitə" və ya "düşüncə vasitəsi" kimi tərcümə edilə bilər) onun Rusiyadakı biznesi atıb Qarabağa köçməsi ilə bağlı təkrarlanır. Heç yerə köçməyib.
Onun Rusiya biznesi haqqında indiki zamanda danışmalıyıq. Çünki onun biznes aktivlərinin əhəmiyyətli hissəsi tamamilə qorunub saxlanılıb. O, bu aktivlərin bir hissəsini nominallara köçürüb, bunu kommersiya reyestrindən görmək olar.
Aktivlərin bir hissəsinə isə şəxsən sahib olmaqda davam edir. Burada Ruben Vardanyanın tərəfdaşı ilə birlikdə “KamAZ” zavodunun səhmlərinin əhəmiyyətli bir hissəsinə sahib olduğunu vurğulamaq yerinə düşərdi. Səhv etmirəmsə, onun əlində təxminən 20 faiz var.
Səhmlərin təxminən 49 faizinin sahibi “KamAZ” zavodunun Ruben Vardanyana çox yaxın olan Rusiyanın “Rostex” dövlət şirklətidir. Ruben Vardanyanı biznesmen adlandırmaq ümumiyyətlə, çox düzgün deyil. Çünki onun hansı biznesi var? Çoxları, əlbəttə ki, onun biznesinin “Troyka Dialoq” şirkəti olduğunu söyləyəcək.
Lakin Vardanyan artıq uzun müddətdir ki, yox idi və “Troyka Dialoq” da biznes baxmından ən inandırıcı şeylər yoxdur. Ruben Vardanyanı “Rostex” dövlət şirkətinin rəhbəri Sergey Çemezov və onun ətrafının yaxın maliyyəçisi adlandırmaq daha düzgündür.
Çünki o, uzun illər onların maraqlarına xidmət edib, onların çirkli pullarını yuyub, bu pullarla Avropada daşınmaz əmlak alıb. “Troyka dialoqu” və bu, həmkarlarım tərəfindən artıq araşdırılan faktdır. O, Putinin pullarının yuyulmasında - Vladimir Putinin dostu violonçel ifaçısı Rolduqinin hesablarına göndərilməsində iştirak edib.
üstəlik, Vardanyanın evi olan Akulinino kəndini xatırlamaq olar. Bu, Rusiyanın yüksək elitası üçün qapalı kənddir, Sergey Çemezovun evi, onun sağ əli Artyakovun evi, Vladimir Yakuninin evi oradadır. Ona görə də Vardanyanın Rusiyadakı qondarma biznesi haqqında keçmiş zamanda danışmazdım.
Başqa bir vacib epizod Aleksey Navalnının komandası tərəfindən araşdırılıb. Ruben Vardanyanın Tatarıstan rəhbərinin həyat yoldaşı Gülsina Minnixanova ilə biznesi olub. “KamAZ” zavodu məhz Tatarıstanda yerləşir. Navalnının komandası sübut etdi ki, Ruben Vardanyan Tatarıstan Prezidenti Minnixanova kifayət qədər külli miqdarda rüşvət verib. Bundan başqa, Ruben Vardanyan hələ də Tina Kandelakinin əri və Çemezovun ən yaxın müşaviri Vasili Brovkonun direktorlar şurasında oturduğu “NtechLab” şirkətini yaradıb və idarə edir.
“NtechLab” isə rəqəmsal “Gulag” (sifətin tanınması və izlənilməsi) hazırlayan və Vladimir Putin rejimi ilə razılaşmayanların təqib edilməsində iştirak edən üç Rusiya şirkətindən biridir”.
“Sizcə, Rusiya Vardanyanın taleyində müəyyən rol oynayacaqmı” sualına araşdırmaçı jurnalist belə cavab verib:
“Bu, belə desək, Rusiyadan asılıdır... Əminəm ki, Ruben Vardanyanın taleyində “Rostex”in rəhbəri Sergey Çemezov, Tatarıstan Prezidenti Rüstəm Minnixanov və iş adamı Vasili Brovko mütləq iştirak edəcəklər.
Çünki o, onların hazırkı iş ortağı, şəxsi aktivləri haqqında çox şey bilən adamdır. Çirkli pullarla əlaqəli olan bu dostluqlar və tərəfdaşlıqlar kifayət qədər uzun müddətdir davam edir. Bu mənada onların dürüstlüyünə şübhə etmirəm. Onlar tərəfdaşlarını atmayacaqlar”.
Müşfiq Abdulla
Cebhe.info