Şoyqu: "Sülhməramlılar daha çox itkilərin qarşısını alıb"

"Rusiya sülhməramlılarının Qarabağdakı hərəkətləri daha çox itkilərin qarşısını almağa kömək etdi".
Cebhe.info "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Rusiya hərbi qulluqçuları Xankəndidə (Şoyqu qondarma "Stepanakert" ifadəsindən istifadə edib - red.) yanacaq anbarında baş vermiş yanğının söndürülməsində iştirak edib, xəsarət alanlara və ehtiyacı olanlara tibbi yardım göstəriblər. Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 98 mindən çox mülki şəxs, o cümlədən 32 min uşaq Ermənistana təxliyə edilib. İnsan tələfatının qarşısını almaq üçün mülki şəxslərin təxliyəsi və müşahidə məntəqələrində və baza düşərgəsində yerləşdirilməsi qərara alınıb", - nazir belə deyib.
Onun sözlərinə görə, kəskinləşmə şəraitində Rusiya sülhməramlıları onlara həvalə edilmiş vəzifələrin icrasını davam etdirib.
Cebhe.info