Terrora qarşı antiterror əməliyyatı: "Zamanı çatdı"

Terrora qarşı antiterror əməliyyatı: "Zamanı çatdı"

Ermənilər Azərbaycan polisinə qarşı terror törədib.

Artıq Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi də başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “KamAZ” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Görünür, ermənilərin terror aktlarına qarşı Azərbaycan antiterror əməliyyatına başlamalıdır.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın antiterror əməliyyatına başlamasının zamanı gəlib:

“Qarabağda yaşayan etnik ermənilərin, separatçıların və Ermənistanın hərbi-siyasi hakimiyyətinin Azərbaycan ərazilərində törətdiklərinə qarşı çox əsaslı bir cavab olmalıdır.

Təəssüflər olsun ki, bu gün dünya ictimaiyyəti haqsız və qeyri-qanuni olaraq, tərəf tutaraq Ermənistanı və separatçıları müdafiə etmək yolunu seçirlər. Amma bu, o demək deyil ki, Azərbaycan haqq yolundan dönməli və vətəndaşlarının həyatını qorumamalıdır.

Ona görə də artıq antiterror əməliyyatına başlamağın zamanının gəldiyini görürəm. Biz öz vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını, eləcə də onları terror təhlükəsindən qorumalıyıq. Bunun da yeganə yolu Azərbaycanın Ermənistan sərhədinin tamamilə aydınlaşdırılması və qoşunlarımızın həmin bölgələrə yerləşdirilməsidir. Hətta qarşı tərəfdən kim başını tərpətsə, alının ortasından snayper gülləsi vurulmalıdır”.

Deputat vurğulayıb ki, Qarabağdakı separatçılar ram edilməlidir:

“Orada yüzlərlə tank, artilleriya qurğusu, 10 minlərlə əsgər, 100minlərlə mina anbarları və 1 milyona yaxın basdırılmış mina var.

üstəlik, hələ də diversiya qrupları tərəfindən mina basdırılmağa davam edir. Deməli, separatçıların qarşısını almağın yeganə yolu onları ram etmək və əllərindəki silahları almaqdır.

Qarabağdakı terrorçuları məhv etmək, separatçıları isə zərərsizləşdirərək həbs etmək lazımdır. Bundan başqa heç bir yol görünmür”.

Elmir Mustafa
Cebhe.info