Tofiq Zülfüqarov: “Qarabağda sülhməramlılara ehtiyac yoxdur”

Tofiq Zülfüqarov: “Qarabağda sülhməramlılara ehtiyac yoxdur”

“Bundan sonra Qarabağda Rusiya sülhməramlılarına heç bir ehtiyac yoxdur”.

Bunu "Cebhe.info"-ya açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O qeyd edib ki, Qarabağlı bağlı bütün məsələlər öz həllini tapıb:

"Artıq Qarabağda Rusiya sülhməramlı kontigentinin fəaliyyət göstərməsinə ehtiyac qalmadığını görürük. Hesab edirəm ki, Azərbaycan Qarabağda bütün problemləri aradan qaldırıb, bölgədə tam olaraq sülh, sabitlik və təhlükəsizliyi bərqərar edib. Məhz üçtərəfli 10 noyabr Bəyanatının 9-cu, sonuncu maddəsindən başqa bütün müddəalar öz həllini tapıb. 

Hazırda sonuncu maddənin yerinə yetirilməsindən isə Ermənistanın özü imtina edir. Demək olar ki, artıq 10 noyabr Bəyanatı öz əhəmiyyətini itirib. Belə olan halda sülhməramlıların Qarabağda qalması mənasızdır. Buna görə də Rusiya sülhməramlıların ərazilərimizi tərk etməsi normal haldır". 

Yunis Abdullayev 
"Cebhe.info"