Ümid Partiyasının namizəd SİYAHISI: Neçə nəfər var?
Partiyaların parlament seçkilərində neçə nəfərlə mübarizə aparacağı bəlli olmağa davam edir.
1 sentyabrda keçiriləcək seçkilərdə Azərbaycan Ümid Partiyası da çox sayda namizədlə təmsil olunacaq. Belə ki, sözügedən partiyanın irəli sürdüyü namizədlərin 17 nəfəri təsdiq olunub. Həmin 17 nəfərin 14-ü kişi, 3-ü isə qadın namizədlərdir.
“Cebheinfo.az” Ümid Partiyasının parlament seçkilərində mübarizə apracağı namizədlərin siyahısını təqdim edir:
1. Fizuli Əsgərov - 2 saylı Şərur-Kəngərli seçki dairəsi
2. Tamilla Qulami - 8 saylı Binəqədi birinci seçki dairəsi
3. Şükür Cavadov - 13 saylı Xəzər ikinci seçki dairəsi
4. Taleh Əliyev - 15 saylı Yasamal birinci seçki dairəsi
5. Xanlar Abbasov - 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi
6. İlahə Sadıqova - 30 saylı Suraxanı birinci seçki dairəsi
7. Qasım Həsənov - 35 saylı Xətai üçüncü seçki dairəsi
8. Ənvər Ağazadə - 36 saylı Xətai-Suraxanı seçki dairəsi
9. Səfa Orucova - 39 saylı Gəncə ikinci seçki dairəsi
10. Salman İmanlı - 40 saylı Gəncə üçüncü seçki dairəsi
11. Peyman Sadıqov - 51 saylı Şirvan seçki dairəsi
12. Aslan Əzimov - 71 saylı Cəlilabad şəhər seçki dairəsi
13. Anar İsayev - 84 saylı Füzuli seçki dairəsi
14. İmamverdi Verdiyev - 96 saylı Goranboy-Naftalan seçki dairəsi
15. Namiq Səfərov - 98 saylı Bərdə-Tərtər seçki dairəsi
16. Rəfail Tağızadə - 99 saylı Bərdə seçki dairəsi
17. Elçin Hacıyev - 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsi
Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə deputatlığa namizəd olmayıb.
Elmir Mustafa
“Cebheinfo.az”