Sülhməramlıların avtomobilləri aksiya ərazisindən maneəsiz keçib - YENİLƏNİB-6

Sülhməramlıların avtomobilləri aksiya ərazisindən maneəsiz keçib - YENİLƏNİB-6

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3 avtomobildən ibarət karvanın hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik və 1 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 53-ə çatıb.

Cebhe.info