Xələf Xələfov İrana səfər edib - YENİLƏNIB

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-ü axşam saatlarında Tehrana səfər edib.
Məlumata görə, səfər zamanı X.Xələfovun İranın yüksək vəzifəli şəxsləri ilə görüşləri keçiriləcək.
Bildirilir ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olacaq.
13:48
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün axşam saatlarında Tehrana səfər edəcək.
Xələf Xələfovun İrana səfəri və İranın yüksək vəzifəli şəxsləri ilə görüşündə ikitərəfli münasibətlər və regionda baş verən hadisələrin gedişatı ilə bağlı məsələlər diqqət mərkəzində olacaq.
Cebhe.info