Zaxarova Qarabağdan danışdı: “Nə etmək lazım olduğunu bilirik”

Zaxarova Qarabağdan danışdı: “Nə etmək lazım olduğunu bilirik”

"Vəziyyəti nizamlamaq üçün nə etmək lazım olduğunu bilirik”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın Baş nazirinin Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda tapşırığın öhdəsindən gəlməməsi barədə bəyanatını XİN-in necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

O deyib ki, razılaşdırılmış hər şeyi yerinə yetirmək, vəziyyəti təhrik etməmək, onu sakitləşdirmək və həll etmək üçün çalışmaq, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından məsuliyyətli olmaq lazımdır.

Onun sözlərinə görə, danışıqlar prosesində Rusiya tərəfində vasitəçi kimi iştirak edən hər kəs bunu bildirir.

“Biz İrəvandan fərqli bəyanatlar gördük, məsələn, Ermənistanın eyni Baş naziri 2020-ci il oktyabrın 7-də bəyan etdi: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və heç vaxt olmayacaq, bu, artıq istisna edilib, 100%”. Sonra başqa bir şey dedi”.

Xəzər

Cebhe.info