8 ayda 410 minədək şəxs xaricə quru yolla gedib
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1 milyon 748 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
"Cebheinfo.az" Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,6 faizi hava, 23,2 faizi dəmir yolu və avtomobil, 1,2 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. Başqa sözlə. 8 ayda 405 mindən çox əcnəbi Azərbaycana quru yolla daxil olub.
2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 20,6 faiz artaraq 1458,6 min nəfər olmuşdur.
2024-cü ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 69,8 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Beləliklə 8 ayda 410 minədək şəxs Azərbaycanı quru yolla - dəmir yolu və avtomobillə tərk edib.
"Cebheinfo.az"