Ayağı zədəli halda imtahana gəldi, yüksək nəticə göstərdi - FOTO

Ayağı zədəli halda imtahana gəldi, yüksək nəticə göstərdi - FOTO

Ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maraqlı hadisə yaşanıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, müəllimərdən biri ayağı zədəli halda imtahana qatılıb.

Bildirilib ki, Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən sertifikasiya prosesində bir gün qabaq ciddi qəza keçirərək ayağını zədələyən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin rus dili müəllimi Əliyeva Bahar İşıq qızı imtahanda iştirak edib.

O, yüksək nəticə göstərərək 51 bal toplayıb.

“Cebhe.info”