Azərbaycanda koronavirus bitib

Azərbaycanda koronavirus bitib

Azərbaycanda koronavirusa yoluxma virusun ilk zamanlardakı pik həddi ilə müqayisədə xeyli azalıb, yox səviyyəsinə enib.

Koronavirus pandemiyası səbəbindən ölkəmizdə gün ərzində minlərlə yoluxmanın olduğu zamanlar olub.

Son rəsmi rəqəmlərə görə isə (1 fevral-29 fevral) Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 514 yoluxma faktı qeydə alınıb. Həmin dövrdə analiz nəticələri müsbət çıxan 28 nəfər isə həyatını itirib.

Ölkədə ümumilikdə 835 min 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 min 602 nəfər müalicə olunaraq sağalıb, 10 min 428 nəfər vəfat edib. Aktiv xəstə sayı 114 nəfər olub.

Qeyd edək ki, əvvəl koronavirus infeksiyasına yoluxma ilə bağlı ilk zamanlarda hər gün, daha sonra həftəlik, bu ildən etibarən isə aylıq statistika verilməsinə başlanılıb.

Hazırda isə Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir. 

Bunu aprel ayında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Lakin apreldən sonra koronavirusa yoluxma ilə bağlı rəsmi rəqəmlər açıqlanmayıb. Güman olunur ki, artıq ölkədə virusa yoluxma qeydə alınmaması səbəbindən rəqəmlər də təqdim edilmir.

Naibə
"Cebhe.info"