Bakı metrosunda sərnişinlər 10 dəqiqə qatar gözlədi

Bu gün 17.00 radələrində Bakı metrosunda növbəti dəfə qatarların hərəkətində ləngimə olub.
Bu barədə “Cebhe.info”-ya sərnişinlər məlumat veriblər. Bildirilib ki, “Nizami” stansiyasında qatarın hərəkətində ləngimə müşahidə olunub.
Eyni zamanda, “Ulduz” stansiyasında sərnişinlər təqribən 10 dəqiqəyə yaxın qatar gözləyiblər.
Qatarların ləngiməsi texniki səbəblərlə əlaqələndirilib.
Qeyd edək ki, son zamanlar qatarların hərəkətində ləngimələr və digər texniki problemlər müşahidə edilir.
Ləman
Cebhe.info