Bakının bu qəsəbəsində 30 ildir qaz yoxdur: "Azəriqaz" nə deyir?

Bakının bu qəsəbəsində 30 ildir qaz yoxdur: "Azəriqaz" nə deyir?

Bakı şəhər, Xəzər rayon, Türkan qəsəbəsinin Yeni məhəllə adlanan küçəsində 30 ildən çoxdur ki, qaz yoxdur.

Sakinlərin sözlərinə görə, bununla bağlı dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunsa da, heç bir reaksiya verməyib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu məsələ araşdırılıb:

"Həmin ərazinin qazlaşdırılması üçün layihə sənədləri hazırlanıb və növbəti ilin kapital qoyuluşu proqramına daxil ediləcək. Həmin ildə boru xətlərinin çəkilməsi "Azəriqaz" tərəfindən təmin olunacaq".

Naibə
"Cebhe.info"