Bu universitetin tələbələri məşhur logistika mərkəzində təcrübə keçəcək

Bu universitetin tələbələri məşhur logistika mərkəzində təcrübə keçəcək

Bakı Avrasiya Universiteti (BAAU) ilə Abşeron Logistika Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, sənədi BAAU-nun rektoru, dosent Səyavuş Qasımov və Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev imzalayıb.

Memorandumda BAAU-da bakalavriat və magistratura səviyyələrində təhsil alan və ixtisas meyarları MMC-nin xidmət göstərdiyi sahələrə uyğun olan tələbələrin təcrübə keçməsi, müvafiq ixtisas – peşə təlimlərinə zərurət yarandıqda MMC-nin əməkdaşları üçün BAAU tərəfindən qısamüddətli ixtisasartırma proqramlarının təşkil edilməsi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.

Həmçinin ölkənin iqtisadi rayonları üzrə yük daşımalarının təhlili və proqnozlaşdırılması, logistika, informasiya texnologiyaları üzrə elmi - praktiki müzakirələrin təşkili, bazar araşdırmalarının birgə aparılması, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində qarşılıqlı əməkdaşlıq kimi məsələlər də memorandumda öz əksini tapıb.

Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan Abşeron Logistika Mərkəzi beynəlxalq sertifikatlara malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir.


"Cebheinfo.az"