Elektron siqaretlərin satışı ilə bağlı qadağa təklif olunur

Elektron siqaretlərin satışı ilə bağlı qadağa təklif olunur

Milli Məclisdə bu gün geniş yayılan elektron siqaretlərin satışının və istifadəsinin qadağan olunması təklif olunub.

“Cebhe.info” xəbər verir ki, belə bir təkliflər Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili çıxış edib.

O bildirib ki, dünyanın bir çox ölkələrində elektron siqaretlərin satışı və istifadəsi qadağan olunub:

“Biz də bu məsələni araşdırıb hansısa iqtisadi və digər sahələrdə bunun ciddi zərərlərini görsək, o zaman bu istiqamətdə qadağa tətbiq edə bilərik. Çünki gələcəkdə bu sağlam cəmiyyət üçün ciddi problemlərə səbəb olacaq. Eyni zamanda araşdırmalarıma görə, bu gün ölkədə elektron siqaretlərin istifadəsi geniş yayılıb”.

Vilayət Muxtar
“Cebhe.info”