FHN metronun “28 May” stansiyasında təlim keçirəcək

FHN metronun “28 May” stansiyasında təlim keçirəcək

Bu gün gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda birgə taktiki təlim keçirəcək.

Nazirlikdən verilən məlumata görə, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Cebhe.info