İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi layihə çərçivəsində təlim keçirib

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi layihə çərçivəsində təlim keçirib

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mikrosahibkarlıqda innovativ həllər” layihəsi çərçivəsində 10 iyul 2024-cü il tarixində Ağstafa şəhərində yerləşən “Dövlət Aqrar İnkişaf Mərkəzində”ndə təlim keçirib.

Tədbirdə Ağstafa Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ziya Məmmdəvov, Ağstafa KOB dostu Cavid Adıgözəlov iştirak ediblər. Tədbirə giriş sözü ilə başalayan layihə rəhbəri Qafqaz Qəhrəmanlı treyninqin mövzuları haqqında məlumat verib. Ziya Məmmədov isə öz çıxışında regionda təlimin əhəmiyyətindən, xüsusilə də sahibkarlıqla məşğul olan həssas qruplara faydasından danışdı.

Təlimdə i.f.d., Ruslan Atakişiyev sahibkarlıqda sabit və dəyişən xərclərin təsnifatının düzgün aparılması, maliyyə vəsaitinin idarəolunması üzrə interaktiv müzakirə təşkil etdi. Sonda Qafqaz Qəhrəmanlı vergi uçotu, sahibkarların vergi mükəlləfiyyəti, vergiödəyicilərinin hüquqları  və s. haqqında ətraflı məlumat verməklə yanaşı, praktik izahlar  da verdi.

Təlimdə  şəhid valideyni, qazilər və digər həssas qrupa aid şəxslər ümumilikdə 20 nəfər iştirak edib.

"Cebhe.info"