Azərbaycanda virusdan ölüm niyə artır?-Səbəb açıqlandı

Azərbaycanda virusdan ölüm niyə artır?-Səbəb açıqlandı

Koronavirusa yoluxma sayı kəskin azalsa da, ölüm sayı sabit qalmır.

Yəni yoluxma sayı 30-40 olsa da, ölüm sayı gündə 3, ötən həftə isə hətta 7-yə çatmışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahda verilən məlumata görə, yanvarın 31-i analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. 35 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Maraqlıdır, koronavirusun son ştammı daha ölümcüldür?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan infeksionist Mərdan Əliyev burada başqa faktorların olduğunu qeyd edib:

“Bütövlükdə həftə ərzində ölüm göstəriciləri daha az olur. Hazırda daha çox yaşlı şəxslər koronavirusdan dünyasını dəyişir. Bunun da bir səbəbi arxayınlıqdır. Əvvvəllər bir simtomp olan kimi tez həkimə müraciət edib, müalicə alırdılar. Belə olduqda, insanlara kömək olunurdu. İndi koronavirus xofu aradan qalxdığı üçün həkimə müraciət eləmirlər.

Həm də indi qrip infeksiyası da yayılıb. İnsanlar fikirləşirlər ki, yəqin yoluxduqları adi qripdir. Vəziyyət ağırlaşır, təngnəfəslik artır, vəziyyətin ciddiliyini görəndə həkimə müraciət edirlər.

Gündəlik yeni yoluxanlar da əslində, həkimə gec müraciət edənlərdir. Ona görə də ölüm sayı artıq olur. Bir var xəstəlik başladığı gün, bir də var ağırlaşmış formada müalicə başlasın. Belə olanda xəstəni müalicə etmək çətin olur. Dünyasını dəyişənlər daha çox yaşlı şəxslər və yanaşı xəstəliyi olanlardır. Yəni koronavirusun ölümcüllüyü artmayıb, əksinə azalıb. Lakin dediyim faktorlara görə ölüm sayında artım müşahidə edilir”.

Həkim insanları arxayın olmamağa və koronavirusa qarşı peyvənd olmağa çağırıb:

"Koronavirusdan qorunmaq üçün vurdurduğumuz vaksin bzii qrip və digər infeksiyalıardan qorumur. İndi hazırda yayılan virus üçün iki ay öncə peyvənd olunmaq lazım idi. Biz tövsiyə edirik ki, xüsusilə risk qrupuna daxil olanlar mütləq peyvənd olunsunlar”.

Günay Şahmar
Cebhe.info