“Peşə təhsili üzrə Bələdçi” hazırlanıb

“Peşə təhsili üzrə Bələdçi” hazırlanıb

“Təhsil İslahatları və İnnovasiyalar Mərkəzi” İctimai Birliyi “Şagirdlərin peşə təhsilinə həvəsləndirilməsi” layihəsinin icrasını davam elətdirir.

Birlikdən QHT.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Birlik “Peşə təhsili üzrə Bələdçi” hazırlayıb.

Qeyd edək ki, bələdçidə peşə təhsilinin əhəmiyyəti, peşə təhsilinin səviyyələri, müddəti, peşə təhsil müəssisələri, peşə müəssisələrinə müraciət qaydaları və layihənin hədəf regionu olan Şirvan şəhərində və şəhər gəncləri üçün uyğun hesab olunan digər təhsil müəssisələri haqqında məlumat təqdim edilir.

Cebhe.info