Qaxda çoxlu sayda arı ailəsi məhv olub

Qaxda çoxlu sayda arı ailəsi məhv olub

Qax rayonunun Tasmalı kəndi ərazisində 18 yeşik arı ailəsi yanaraq məhv olub, təsərrüfat sahibinə ziyan dəyib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəfildən baş verən yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub.

Tasmalı kənd sakini 1952-ci il təvəllüdlü Təmrazov Fərrux Şirin oğluna məxsus traktorun qoşqusuna yığılmış 18 yeşik arı ailələri və qoşqunun özü yanıb.

"Cebhe.info"