Qazilər şikayətçidir: Onları işıqsız qoyan kimdir?

Abşeron rayonu Saray qəsəbəsində "Körpünün yanı" adlanan ərazidə yerləşən binaların sakinləri narazıdır.
Sakinlərin Cebhe.info-ya verdiyi məlumata görə, axşam saatlarında işıq söndüyündən liftlər də işləmir. Bu isə hündürmərtəbəli binada yaşayan sakinlərin xeyli əziyyət çəkməsinə səbəb olur.
Nəzərə alsaq ki, sakinlərin çoxu müharibə iştrakçıları və qazilərdir, bu zaman liftin işləməməsinin hündürmərtəbəli binada yaşayanlar üçün böyük bir problemə səbəb olduğu daha aydın olar.
Məsələ ilə bağlı "Saray" MTK ilə əlaqə saxladıqda qurumdan adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, işığın verlişində fasilələrin yaranması onlardan qaynaqlanan problem deyil:
“"Saray" MTK- ya elektrik Ceyranbantan xəttindən verilir. Əgər orada qəza və ya nasazlıq baş verərsə, bu zaman bizdə də qısa zaman da olsa fasilə yarana bilər. Yaranmış problemdə qısa zamanı yox, uzun zamanı əhatə edərsə, bizə öncədən xəbərdarlıq edilir. Amma ümümən onu deyə bilərəm ki, elektrik enerjisində fasilələr nadirən baş verir. Baş verəndə də çox qısa bir zamanda həll olunur”.
Həsən Məmmədov
Cebhe.info