Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb

Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıb

Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən məlumat verib.

Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.

"Cebhe.info"