Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı verildi

Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı verildi

Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub.

"Cebhe.info" xəbər verir ki, bunu APA-ya açıqlamasında yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.

O bildirib ki, biz istəyirik övladımız da, cənab Prezident kimi dövlətinə millətinə bağlı olsun.

"Şükürlər olsun bu günümüzə. Biz deyə bilirik ki, 36 ildən sonra Xankəndi şəhərində oğlan uşağı dünyaya gəldi. Şükürlər olsun torpaqlarımız azad olundu. Suverən Azərbaycan torpaqlarında yaşayırıq. Allah ordumuzu Ali baş komandanımızı qorusun. Bizə bugünü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər idi arzum diləyim vardı. Uşağımın adın ali baş komandanımızın adın qoyum. Mən istəyirəm övladım onun kimi dövlətinə millətinə bağlı olsun. Torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Dövlətinə, dövlətçiliyinə, Azərbaycan ideologiyası ilə böyüsün. Ona görədə ovladımın adın İlham qoyuram".

Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə bildirib ki, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti stabildir.

"Səadət Namazova və Abbas Abdullayevin ilk körpələri dünyaya göz açmışdır. Körpəmiz 3 kq çəkisində, 49 sm uzunluğunda doğulub. Hal hazırda ananın və uşağın vəziyyəti stabildir. Lazımi tibbi yardımlar göstərilir. Vətənə, millətə, dövlətə xeyirli övlad olmasını diləyirik", - xəstəxananın baş həkimi qeyd edib.

"Cebhe.info"