Baş katib: "KTMT-dən çıxmaq İrəvanın suveren hüququdur"

Baş katib: "KTMT-dən çıxmaq İrəvanın suveren hüququdur"

Ermənistan hakimiyyətinin KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək.

Yenisabah.az “İzvestiya”ya istinadla xəbər verir ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“Qeyd etmək vacibdir ki, üzv dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər ki, bu da onların suveren hüququ olaraq qalır. Müvafiq olaraq, İrəvanın seçimi – KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq – həm də bu müstəqil dövlətin suveren qərarı olacaq”, - deyə baş katib vurğulayıb.

Ölkə rəhbərliyinin təşkilatdan çıxmaq və NATO-ya yaxınlaşmaq istəyi ilə bağlı bəyanatları fonunda Ermənistanla KTMT arasında qarşıdurma ehtimalını şərh edən Tasmaqambetov belə bir ssenarini “hipotetikdən başqa bir şey deyil” adlandırıb.

Eyni zamanda o qeyd edib ki, “resurs bazasını və tərəflərin real imkanlarını nəzərə almaq lazımdır, ona görə də bu məsələ, hətta hazırda son dərəcə təcili kimi təsnif edilə bilməsə də, təhlil tələb edir”.

Katibliyin analitikləri bildirirlər ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda qüvvələr balansı dəyişə bilər, lakin bu halda regional təhlükəsizliyin təsirini proqnozlaşdırmaq və hesablamaq olduqca çətin olan faktorlar işə düşəcək. baş katib izah edib.

"Cebhe.info"