Çubays xarici agent kimi tanınacaq

Çubays xarici agent kimi tanınacaq

Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin üzvü Biysultan Həmzəyev “Rosnano”nun keçmiş rəhbəri Anatoli Çubaysın xarici agent kimi tanınması üçün Ədliyyə Nazirliyinə ərizə hazırlayır.

"Cebhe.info" xəbər verir ki, bunu “Moskovskiy Komsomolets” yazır.

Həmzəyevin sözlərinə görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, eləcə də “Rosfinmonitorinq” və FSB Anatoli Çubaysın, onun şirkətinin işini araşdırır.

Xəzər
"Cebhe.info"